Ermənistan-İran yüksək gərginlikli elektrik xəttinin 80 faizi ilin sonuna qədər hazır olacaq
Ermənistan-İran yeni yüksək gərginlikli elektrik xəttinin 80 faizi ilin sonuna qədər hazır olacaq. SİA-nın "news.am" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Enerji və Təbii Qaynaqlar naziri Armen Movsisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, proqram çərçivəsində qurulacaq yeni xətt Ermənistan enerji sisteminin ana damarlarından olacaq. O, proqramın icrası üçün Dünya Bankının imkanlarından da istifadə edilməsinin müzakirə olunduğunu bildirib. A.Movsisyan İranla "enerji əvəzində qaz" proqramı sayəsində 2010-cu ildə Ermənistanda elektrik enerjisi istehsalının 15 artdığını söyləyib.
Erməni naziri "enerji əvəzinə qaz" proqramının 2011-ci ildə də davam edəcəyini bildirib. Qeyd edək ki, proqram çərçivəsində Ermənistan 3 kubmetr təbii qaz əvəzində İrana 1 kWh elektrik enerjisi ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə