Qanunsuzluq yolu seçənləri nizam-intizama, qaydalara əməl etməyə çağırırıq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qanunsuz respublikanın qondarma prezidenti Bako Sahakyan deyib.
Məlumata görə, 30 iyul tarixində qondarma prezident Bako Sahakyan, qondarma "DQR"in polis kollegiyasının 2019-cu ilin birinci yarısının nəticələrini ümumiləşdirmək üçün keçirdiyi iclasında iştirak edib. Bako Saakyanın mətbuat xidmətindən verilən məlumata görə, quruluş rəhbəri və müxtəlif idarələrin yüksək vəzifəli şəxsləri məruzələr ediblər.
Saakyan öz nitqində əhalinin təhlükəsizliyini təmin etmək, asayişin qorunması, insan və vətəndaş hüquqlarının qorunması, cinayətkarlığa qarşı mübarizənin təşkili üçün prinsipial və ardıcıl iş aparılmasının zəruriliyini vurğulayıb.
“Bizim toqquşma şəraitində olmaq niyyətimiz yoxdur. Siyasi proseslər toqquşmaları tələb etdiyi zaman isə bu qaçılmazdır”, deyə B.Sahakyan fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB