İranda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bu ölkənin müxalifəti ilə görüşmək istəsə də buna nail olmayıb. SİA-nın məlumatına görə, İsrailin kəşfiyyat saytı "Debka" onun bu istəyinə İran prezidenti Mahmud Əhmədinejadın qarşı çıxdığını yazıb.
"Debka"nın iddiasına görə, rejimə etiraz məqsədi ilə dünən Tehranda küçələrə çıxan İran müxalifəti Türkiyə prezidenti ilə görüşmək istəyib. A.Gül də dəvəti qəbul edib. İsrail kəşfiyyat saytı yazıb ki, İran prezidenti ölkənin təhlükəsizlik səlahiyyətlilərinə Ankara ilə diplomatik böhran yaranması hesabına belə A.Gülün nümayişçilərə yaxınlaşmasına maneə olmağı əmr edib. Yalnız bundan sonra Türkiyə prezidenti müxalifətlə görüşdən imtinaya razı olub.
"Debka" iki lider arasındakı gərginliyin həmin gün təşkil edilən birgə mətbuat konfransına da əks olunduğunu və mətbuat konfransının tez başa çatdığını yazıb. İsrail kəşfiyyat saytı A.Gülün Misirdəki etirazlara da ən tez dəstək verən liderlərdən biri olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB