"S-400 NATO üçün problem deyil" Çavuşoğlu

"S-400 NATO üçün problem deyil" Çavuşoğlu

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket sistemləri NATO üçün problem deyil. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bangkokda rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, Ankaranın S-400 məsələsində Şimali Atlantika ittifaqı ilə fikir ayrılıqları yoxdur və bunu NATO baş katibi və köməkçisinin açıqlamaları da sübut edir.

“Türkiyə alyansın bir çox missiyasına öz töhfəsini verir. Türkiyə ilə S-400 müqaviləsi məsələsi NATO-nun heç bir toplantısında qaldırılmayıb", o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə