Paşinyan hakimiyyəti hakimləri qorxudur

Paşinyan hakimiyyəti hakimləri qorxudur

Təqribən 50-yə yaxın hüquqşünas, hakim David Qriqoryanın müdafiəsinə qaxmağa hazırdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə vəkil Yervand Varosyan özünün Facebook səhifəsində yazıb.
Vəkil öz səhifəsində qeyd edib ki, hakim David Qriqoryanın işində, iyrənc qərar verilib və təkzibedici cəza prosesinin başladılmasında məqsəd eyni zamanda digər hakimləri qorxutmaqdır.
“Hesab edirəm ki, belə bir vəziyyətdə hüquq peşəsi sahiblərinin Ermənistanda onsuz da xəstələnmiş məhkəmə sisteminin sonuna qədər məhv edilməsini səssizcə izləməyə haqqı yoxdur. Ölkədə müstəqil məhkəmə sistemi, vəkil institutu yoxdur, yalnız kölgə qınaqları var. Hazırda 50-yə yaxın vəkil davam edən cinayət təqibi çərçivəsində hakim David Qriqoryanın müdafiəsinə qalxmaq istədiklərini bildiriblər. Əminəm ki, tezliklə bu say daha da çoxalacaqdır”, deyə Yervand Varosyan özünün Facebook səhifəsində fikrini açıq şəkildə ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə