Ermənistanda aprel döyüşlərinin araşdırılması və narahatlığı

Ermənistanda aprel döyüşlərinin araşdırılması və narahatlığı

Komissiya aprel döyüşlərini video və audio yazılarla araşdırır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzeti informasiya yayıb.

Məlumata görə, Ermənistan parlamentində Aprel döyüşünün vəziyyətini öyrənmək üçün yaradılan istintaq komissiyasının iclasları video və səs yazıları ilə keçirilir və dəvət olunanlara əvvəlcə bu barədə xəbərdarlıq da olunur.

Qəzet yazır ki, bu, komissiya üzvlərinin suallarını mümkün qədər dəqiq cavablandırmaq üçün vəzifəli şəxsləri komissiyaya dəvət etmək məqsədi ilə edilir. Xatırladaq ki, aprel döyüşlərinin vəziyyətini öyrənmək üçün istintaq komissiyasının ilk iclası artıq bu yaxınlarda keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə