"Conson "gah nala, gah mıxa" vuran siyasətçilərdəndir" ÖZƏL-MÜNASİBƏT

"Conson "gah nala, gah mıxa" vuran siyasətçilərdəndir" ÖZƏL-MÜNASİBƏT

“Ötən həftə, ABŞ prezidenti Donald Trampın əkiz yoldaşı peyda oldu. Bu, Britaniyanın yeni baş naziri Boris Consondur. Düzdür, Consondan fərqli olaraq Tramp sözünə və vədlərinə sadiq liderdir”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, qatı konservator olan ABŞ liderindən fərqli olaraq, Conson "gah nala, gah mıxa" vuran siyasətçilərdəndir. Dəlisov və komik Conson baş nazir postunda Britaniyanın XXI əsrdəki ən uğursuz liderini əvəzləyəcək. Təbii ki, hər kəsi düşündürən sual Brexit dir. Britaniyanın ən geci oktyabrın 31-də Aİ-dən çıxacağı ehtimalı 99% dir.

Digər önəmli məsələ Britaniyanın İran və Rusiya ilə münasibətləridir. Putinin Conson kimi psixoloji tiplərlə münasibətləri adətən yolunda olur. Tramp, Makron, Zelenski, Conson... Dünyada siyasətçi obrazının dəyişdiyi artıq reallıqdır. Bu areal yayılmaqda davam edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə