Emin Həsənli: “Müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox yaxşı bilirlər ki, xalq onları dəstəkləmir” RƏY-ÖZƏL
“Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin fəaliyyəti anormal qurulub”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, hər hansı bir təşkilat və qurum yaratdıqları zaman sensasion açıqlamalar verirlər: “Ancaq bir-iki ay sonra o qurumlar dağılır. Səbəbi odur ki, bu insanlar vahid ideya ətrafında toplaşmayıblar. Qurumların ömrü o vaxt effekt verir ki, konkret ideya ətrafında birləşsinlər, ideya ətrafında fədakarlıq göstərməyə hazır olsunlar. Amma bu cür qurumlar da, konkret olaraq “Milli Şura”da və başqalarında vahid ideya yoxdur. Onları düşündürən ancaq şəxsi maraqları və ambisiyalarıdır. Həmişə də şəxsi ambisiyaları aralarında dava-dalaş yaradır. Maraqların toqquşması nəticə etibarı ilə partiyaların parçalanması ilə nəticələnir. Demək olar ki, bunların taleləri həmişə belə olub. Yəni müxalifət düşərgəsini təmsil edən şəxslər hər il bir qurum yaradırlar, gurultulu vədlər verirlər və sonda da dağılırlar, parçalanıb gedirlər. Onların bu simasını, hərəkətlərini, xarakterlərini xalqda bilir. Ona görə də, müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox yaxşı bilirlər ki, xalq onları dəstəkləmir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB