ABŞ kosmosdakı hegemonluğunu itirdiyini etiraf etdi

ABŞ kosmosdakı hegemonluğunu itirdiyini etiraf etdi

ABŞ Müdafiə Nazirliyi ölkə tarixinin ilk Milli Təhlükəsizlik Kosmik Strategiyasını (NSSS) nümayiş edib. Son illərdə kosmosda üstünlüyünü sürətlə itirən ABŞ, yaxın 10 il ərzində tətbiq olunacaq strategiya ilə qlobal kosmos və havaçılıq sənayesində yeni bir tarazlıq yaratmağa çalışacaq. Kosmik sistemlərin birgə istehsalı və təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan NSSS, eyni zamanda "soyuq müharibə"dən sonra ABŞ-ın kosmosdakı hegemonluğunun yox olduğunu göstərən ilk işarədir.

SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, tətbiq olunacaq yeni strategiyanın başlıca hədəfi ABŞ-ın kosmosdakı peyklərin və yeni proyektlərin gələcəyini qorumaqdır. Yalnız ABŞ və keçmiş SSRİ-nin kosmosda varlığını təmin edəcək texnologiya və sənaye infrastrukturuna sahib olduğu "soyuq müharibə" illərinin əksinə, 21-ci əsrin başlaması ilə bir çox ölkə kosmos texnologiyasında böyük addımlar atdı. Dünya qlobal iqtisadiyyatın, milli təhlükəsizliyin, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, elmi kəşflər və araşdırmalar üçün kosmik sistemlərinin nə qədər əhəmiyyətli olduğunu başa düşdü. ABŞ-ın planlarına zidd olaraq NATO üzvü olan müttəfiqlərlə yanaşı düşmənləri də kosmik texnologiya sahəsində sürətlə inkişaf etdi. Bir sözlə, ABŞ-ın kosmosdakı hegemonluğunun ən mühüm göstəricisi olan peyk istehsalı sahəsindəki liderliyindən son 10 ildə danışmaq olmaz. ABŞ 1997-ci ildə kosmosa buraxılan peyklərin təxminən 66 faizini istehsal edirdi. 2008-ci ildə isə bu 30 faizdən bir qədər çoxdur. Bu gün 11 ölkə kosmosa peyk göndərə biləcək 22 odlama mərkəzinə sahibdir. Qurduqları konsorsiumlarla 60-dan çox kosmosa peyk göndərir.

Çoxlu sayda ölkənin kosmosa peyk göndərməsi NSSS proyektini son dərəcə "çirkli bir mühitə" uyğunlaşmağa məcbur edir. Kosmosda 1100-dən çox peyk və onları təhlükə altına qoyan 21 mindən çox dağıntı parçası var. Tək bir dağıntı parçası bir peyki dövriyyədən tamamilə çıxara bilər.

ABŞ-ın ən böyük narahatlığı dünyanın dörd bir tərəfində olanların izlənilməsinə və əlaqəni təmin etməsinə imkan verən peyklərin düşmənlərin yeni hədəfinə çevrilməsidir. Çin 2007-ci ildə göndərdiyi bir ballistik raketlə özünə aid meteoroloji peykini vurması ABŞ-ın hərbi əməliyyatları üçün çox böyük əhəmiyyət daşıyan kosmik sistemlərin də təhlükə altında olduğunu göstərdi. Peykdən qalan dağıntı keçən il Beynəlxalq Kosmik Stansiyasını orbitini dəyişdirməyə məcbur etdi.

Digər tərəfdən İran da daxil olmaqla bir çox ölkələr peyklərə lazerlə hücum etmək imkanı verən texnologiyaya sahibdir. Bu texnologiya ilə eyni zamanda peyklərin tezliyini də pozmaq mümkündür. Bununla da ABŞ düşmənlərin təhlükəli strategiyalarına qarşı müdafiəsiz qaldı. Peyklərin düşmənləri tərəfindən təsirsiz hala gətirilməsi, dünyada kimsənin ruhunu belə incitməyəcəyi bu cür hadisəyə qarşı ABŞ-ın siyasi və diplomatik sahədə dəstək almasını son dərəcə çətinləşdirə bilər. Bu mərhələdə NSSS ABŞ-ın sübut etməsi belə mümkün olmayacaq bir hücumun qarşısını almaq üçün rol oynaya bilər.

Milli kosmos proqramının keçmiş başçısı Peter Marqes bildirib ki, NSSS layihəsi ABŞ-ın çox ciddi bir problemlə qarşılaşdığını və təcili olaraq kosmik-havaçılıq şirkətlərinə yardım etməsi üçün addımların atılmasının lazım olduğunun ortaya çıxardı. Marqesə görə, texnologiya ixracının nəzarət altına alınması ABŞ kosmik sənayesinin müasirləşməsinin qarşısını alacaq və gəlirləri azaldacaq.

ABŞ Milli Kosmik Siyasəti rəhbərinin köməkçisi Gregori Şulte NSSS layihəsi ortaya çıxmamışdan qısa müddət əvvəl "AFP" informasiya agentliyinə Çinin ABŞ-a kosmosda böyük bir təhlükə yaratdığını bildirib. "Kosmos artıq ABŞ və Sovetlər Birliyinə aid bir sahə deyil" deyən Şulte dinc məqsədlər üçün istifadə edilməyən kosmik sistemlərin istehsalından narahatlığını dilə gətirib. Onun fikrincə, Çin, bu cür sistemləri inkişaf etdirən ölkələrin başında gəlir. Şulte bir müddət əvvəl İran və Efiopiyanın lazer hücumları təşkil etdiyinə toxunaraq "əgər Efiopiya bir peykə zərər verə bilirsə, digər ölkələrin hərbi peyklərimizə edə biləcəklərini bir düşünün", - deyib və əlavə edib: "15 il əvvəl bu cür təhlükələr müzakirə mövzusu deyildi. Artıq vəziyyət çox fərqlidir. Kosmosda icra etdiyimiz mühüm fəaliyyətlərizin hədəf olması təqdirində əlimizdə alternativlər saxlamaq məcburiyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə