Nursultan Nazarbayevin də namizədliyi qeydə alındı

Nursultan Nazarbayevin də namizədliyi qeydə alındı

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin növbədənkənar prezident seçkisində iştirak edəcəyi dəqiqləşib. SİA-nın "Ria-Novosti"yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı prezidentin namizədliyini qeydə alıb.

 

Qazaxıstanda növbədənkənar prezident seçkisi aprelin 3-də keçiriləcək. Namizədlərin qeydə alınması prosesi fevralın 20-nə kimi davam edəcək. Namizədlər seçki kampaniyasını isə martın 3-dən aprelin 1-dək apara biləcəklər.

 

Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçirilməli idi. Amma parlament Nazarbayevin 2020-ci ilə qədər prezident qalması barədə referendum keçirilməsinə dair qanun qəbul edib. Amma Nazarbayev həmin qanunu imzalamadan ekspertiza üçün Konstitusiya Şurasına göndərmişdi. Şura həmin qanunu təsdiqləməyib. Bundan sonra dövlət televiziyasına çıxan Nazarbayev də həmin qanunu rədd etdiyini bildirib, amma ölkədə vaxtından əvvəl prezident seçkisinin olacağını bildirib.

 

Qeyd edək ki, 70 yaşlı Nazarbayev 20 ildir Qazaxıstanda hakimiyyətdir. Ekspertlər onun bu seçkilərdə də asanlıqla qələbə qazanacağını proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə