Misirdə prezident səlahiyyətləri müdafiə naziri Tantaviyə keçib. Misir Ali Hərbi Şurasının parlament və hökuməti ləğv edəcəyi və ölkəni Konstitusiya Məhkəməsi sədrinin idarə edəcəyi bildirilir. SİA-nın məlumatına görə, "Əl Ərəbiyyə" televiziyası yaxın saatlarda ordudan bu haqda açıqlama veriləcəyini xəbər verib.
"Həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Ölkəmiz on illərlə davam edən təzyiqlərdən qurtuldu". Bu sözləri isə Beynəlxalq Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Məhəmməd Əl Baradey deyib. Baradey bundan sonra iqtidarın yaxşı şərtlərdə təhvil verilməsi prosesinin başlayacağını bildirib.
Mübarəkin qərarının açıqlanmasından sonra ilk istefa verən hakimiyyət təmsilçisi iqtidar partiyasının baş katibi Hüssam Bərdəvi olub. Fevralın 5-də bu vəzifəyə gətirilən Bədrəvi bundan sonra ölkədə yeni siyasi partiyalara ehtiyac olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB