“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin tarixi uğurdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, bu, təbii ki, Azərbaycan diplomatiyasının, xarici siyasətinin uğurudur və ölkə mədəniyyətnin beynəlxalq aləmdə təbliğatının nəticəsidir: “Şəki ilə bağlı qərarın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər mühüm rol oynayıb. Bilirsiniz ki, Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiridir, həmin təşkilatla sıx işləyir. Şəki artıq bəşəriyyətin irsi sayılır, ona görə də oraya diqqət artırılacaq. Bu, ölkə üçün çox əhəmiyyət daşıyır”.
C.Osmanov vurğulayıb ki, bu qərar ölkənin turizm potensialının genişlənməsinə da təkan verəcək: “Şəkinin siyahıya salınması ölkə mədəniyyətinin təbliğatı üçün mühüm rol oynayacaq. Bu qərar Azərbaycanın növbəti uğuru, zəfəridir. Biz sevinirik, qürür hissi keçiririk ki, abidələrimiz UNESKO-nun Dünya İrs Siyahısına daxil edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB