"Mən 1969-cu ilin iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxt Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakultəsini bitirmişdim. O zaman biz cavan adamlar idik və Ulu Öndərin siyasi rəhbərliyə gəlişinə qədər hakimiyyətdə kimin olması demək olar ki, bilinmirdi". Bunu SİA-ya açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gələndə, əlbəttə o zaman televiziya, radio indiki qədər geniş yayılmamışdı: "Amma xalqın içərisində söhbət gəzirdi ki, ölkəyə yeni rəhbər gəlir və həmin rəhbər sistem işçisidir. Beləcə yavaş-yavaş Azərbaycanda hakimiyyətin başında kim olduğu və nə işlə məşğul olduğu bəlli oldu. Sözün düzü, mən Ümummilli Lideri üzbəüz çox yaxın bir şəraitdə 1970-ci ilin əvvəllərində görmüşəm. O zaman universitetdə müəllim işləyirdim. Ulu Öndər respublikanın rəhbəri kimi qəbul imtahanlarının gedişini izləməyə gəlmişdi. Mən o zaman ilk söhbətdə Ümummilli Lider Heydər Əliyevin nə qədər böyük bir şəxsiyyət olduğunu gördüm. Sonrakı illərdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu birinci dövr ölkəmizin inkişaf və çiçəklənən bir dövrü idi. Ulu Öndərin zamanında Azərbaycan SSRİ-nin 15 respublikası arasında ən yüksək səviyyəyə qalxa bildi. Halbuki 1969-cu ilədək biz sonuncu yerdəydik və adımızı heç bir yerdə tanımırdılar.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi dünyanın hər yerində tanıtdı. O illərdə Ümummilli Lider 15 minə qədər azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu məktəblərində ali təhsil almasına nail oldu. Ulu Öndər Azərbaycanda ilk dəfə olaraq və bütün müttəffiq respublikaları içərisində Azərbaycanda Hərbi Liseyi yarada bildi. Ümummilli Lider özü də dəfələrlə həmin liseydə iştirak etmişdi. Bütövlükdə Heydər Əliyev Azərbaycanı Azərbaycan etdi və bütün dünyaya tanıtdı. Məsələn, Ulu Öndər Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olmasını bəlli etdi. O zaman Bakı Dövlət Universitetinin yubileyi keçirilirdi və Heydər Əliyev ora gəlib ilk dəfə Azərbaycan dilində danışanda bütün Azərbaycan cəmiyyəti şoka düşdü. Ümumiyyətlə, Ümummilli Lider çox böyük şəxsiyyət idi və O, Azərbaycanı ucaltdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB