S400 qorxusu Ermənistanı ağuşuna alıb

S400 qorxusu Ermənistanı ağuşuna alıb

Türkiyədə S-400 raketlərinin yerləşdirilməsi məsələsini yenə də müzakirə edir. SİA xəbər verir ki, Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumatlar S-400 raketlərinin işğalçı ölkəni qorxuya saldığını təsdiq edir.

Məlumatda deyilir ki, sözügedən silahların yerləşdirilməsi məsələsi hələ də öyrənilir və onların ya Qətərdə, ya da Azərbaycanda yerləşdirilməsi məsələsi hazırda gündəmdədir. Qeyd olunur ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi sputnik nəşrinə bəyan edib.
Şübhəsiz ki, erməniləri narahat edən Türkiyə tərəfindən həmin silahların Azərbaycanda yerləşdiorilməsi qərarıdır ki, bu da işğalçı ölkəni nəzərəçarpacaq dərəcədəqorxuya salıb. Daha dəqiq desək, çox aydın şəkildə hiss olunur ki, S400 qorxusu Ermənistanı ağuşuna alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə