Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"
"Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir" SİA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Xarici İşlər naziri qeyd edib ki, Azərbaycan hələ də öz müstəqilliyini və suverenliyini gücləndirməli, ərazi bütövlüyünü təmin etməlidir.
Azərbaycanın xarici siyasət prioritetlərindən də danışan nazir bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.
Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB