"Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir" Mübariz Qurbanlı

"Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir" Mübariz Qurbanlı

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi sədrinin müavini Əli Əhmədovun Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına mən də qosulmuşam. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı vurğulayıb ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərmək hər bir vətəndaşın borcudur.

Onun sözlərinə görə, YAP sədrinin müavini Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir, müdafiə olunur: “Hər bir partiya üzvü də öz imkanı çərçivəsində bu yardım kampaniyasında iştirak edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə