Piter Semnebi: "Cənub Qafqazda öz həllini tapmayan münaqişələr regionda stabilliyin möhkəmlənməsinə mane yaradır"
Cənub Qafqazda öz həllini tapmayan münaqişələr regionda stabilliyin möhkəmlənməsinə mane olur. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, Dağlıq Qarabağ münaqişəsi ətrafında təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb: "Dağlıq Qarabağ ətrafında mövcud olan "təhlükəsizlik vəziyyəti" bizi qane etmir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. Dağlıq Qarabağ problemini həll etmək üçün prinsiplər var və buna da əməl etmək lazımdır".
Piter Semnebi münaqişə tərəflərini atəşkəslə bağlı razılaşmanı möhkəmləndirməyə, beynəlxalq təşkilatları isə Gürcüstan, Azərbaycan və Ermənistanla qarşlılıqlı əlaqələri aktivləşdirməyə çağırıb: "Beynəlxalq təşkilatlar münaqişələrin nizamlanması və həllinə dair səylərə sadiqliyini qoruyub saxlamalıdır. Bura ATƏT-in regiondakı aktiv iştirakı da aiddir".
O, eyni zamanda regionda olan ölkələrin bu cür halların qarşısının alınmasına yardım etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB