İrəvanda yerli “qanuni oğru” güllələnərək öldürülüb. SİA Ermənistana məxsus rusarminfo.ru saytının yayımladığı məlumata istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi İrəvan şəhərində “qanuni oğru” Andranik Harutyunyana qarşı törədilən cinayət işini araşdırır.
Məlumatda deyilir ki, ölüm hadisəsi 2 iyul tarixində, gecə saatlarında, saat 23:00 radələrində baş verib. “Surb Grigor Lusavoriç” tibb mərkəzindən məlumat daxil olub ki, 1973-cü il təvəllüdlü Andranik Harutyunyanın cəsədi onlara çatdırılıb. 104 -cü maddənin 1-ci bəndi və 235-ci maddənin 1-ci bəndi üzrə cinayət işi başlanıb.
Ermənistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə cinayət hadisəsi paytaxtın Nor-Nork rayonunun küçələrinin birində törədilib.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində yoxlama apararkən gilizlər və plasmas btulka aşkar ediblər. Öldürülənin bədənində ekspertlər 4 odlu silah yarası aşkara çıxarıb ki, onlardan biri cəsədin baş nahiyyəsində olub. Hərbi-tibbi və digər ekspertizalara başlanılıb.
Rusarminfo eyni zamanda xəbər verir ki, Ermənistan polisi ölkənin regionlarında müxtəlif yoxlamalar aparıb və nəticədə çoxlu sayda kriminal avtoritetlər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB