DİN İranın Azərbaycandakı səfirliyinin qarşısında keçirilən aksiyalarla bağlı məlumat yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin binası qarşısında fevralın 9-da keçirilən etiraz aksiyaları ilə bağlı məlumat açıqlayıb. DİN-in mətbuat xidmətini rəhbəri Ehsan Zahidov SİA-ya açıqlamasında bildirib ki, fevralın 9-da saat 11.00 radələrində İran səfirliyinin inzibati binasının qarşısında Beynəlxalq Diaspora Mərkəzinin 30-40 nəfər nümayəndəsi icazəsiz piket keçirməyə cəhd göstərib. Cəhdin qarşısı alınıb: "Onlardan 4 nəfəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib, xəbərdarlıq edildikdən sonra buraxılıblar".
O, qeyd edib ki, elə həmin gün saat 13.00 radələrində 15-20 nəfər yenidən piket keçirməyə cəhd göstərib. Cəhdin qarşısı alınıb və 4 nəfər 9-cu Polis Bölməsinə gətirilib: "Onlardan 3 nəfəri cərimə olunub, 1 nəfərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB