Azər Badamov: “Əli Kərimlinin hərəkətləri qanuna zidd olduğuna görə cərimələnib ” RƏY-ÖZƏL

Azər Badamov: “Əli Kərimlinin hərəkətləri qanuna zidd olduğuna görə cərimələnib ” RƏY-ÖZƏL

“Biz ölkəmizdə hüquqi dövlət qurmuşuq və hamı qanun qarşısında bərabərdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hamı qanunun aliliyinə hörmətlə yanaşmalı və hərəkətləri də qanun çərçivəsində həyata keçirilməlidir: “Ölkədə “Sərbəst toplaşmaq azadlığı haqqında qanun” qəbul olunub və bu qanunda mitinqlərin, yürüşlərin keçirilməsi üçün normalar müəyyənləşib. Əgər kimsə bu qanunun tələblərini pozaraq ictimai asayişin pozulması istiqamətində çağırışlar, mitinqlərə cəhdlər edərsə təbii ki, qanunla cəzalandırılmalıdır. Ə.Kərimlinin hərəkətləri də qanuna zidd olduğuna görə cərimələnib, burda qeyri adilik görmürəm. Bununla əlaqədar Ə.Kərimlinin küçə yürüşlərinə cəhdlərini vəziyyətdən sui istifadə kimi dəyərləndirərdim. Ölkəmizdə qanunun aliliyini təmin edən hüquq-mühafizə orqanları var və hər bir qanuna zidd hərəkət edən şəxs də qanunla cəzalandırılacaqdır. Bizim ən böyük uğurumuz xalqın dövləti və qanunlara olan inamı və etibarıdır. Ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyənlərin cəhdləri isə müxtəlif bəhanələrlə öz havadarlarından maliyyə qopartmaqdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə