İlk növbədə sən öz-üzünə qarşı dürüst deyilsən, deyən Kotayk vilayətinin qubernatoru deputat Sasun Mikayelyanı susdurub. SİA xəbər verir ki, Kotayk vilayətinin qubernatoru Romanos Petrosyan Ermənistan Parlamentinin "Mənim addımım" partiyasından olan deputatı Sasun Mikayelyana cavab verib.
“Təəssüf ki, sən ilk növbədə özün-özünə qarşı, öz yoluna qarşı, mənə qarşı, ümumi işə qarşı dürüst deyilsən. İnqilabın məqsəd və dəyərlərinə sadiqlik haqqında isə mən səssiz qalacağam, susacağam. Allah hamımızın hakimidir və zaman hər şeyi öz yerinə qoyacaqdır. Mən dəfələrlə dedim ki, mənim üçün heç bir nüfuz sahibi yoxdur. Mənim üçün Ermənistan Respublikası, onun dövləti, dövlətçiliyi, qanunun aliliyi var.
Hörmətli kütləvi informasi vasitələri əməkdaşlarından onların yüzlərlə zənglərini cavabsız qoyduğum üçün üzr istəyirəm və xahiş edirəm dünənkilər barədə bir də sual verməsinlər. Bu barədə bir də danışmaq fikrim yoxdur, yalnız əvvəldə olduğu kimi Ermənistan və onun vətəndaşlarının maraqları naminə fəliyyət göstərəcəyəm”. Bunu Kotayk vilayətinin qubernatoru Romanos Petrosyan özünün facebook səhifəsində yazıb.
Xatırladaq ki, Ermənistan Parlamentində jurnalistlərlə söhbəti əsnasında Sasun Mikayelyan bəyan edib ki, Abovyandakı seçkilər zamanı “Vətəndaş müqaviləsi” partiyasının məğlubiyyəti şəxsən Romanos Petrosyana görə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB