BMT-nin baş katibi Pan Gi Mun Kıbrıs probleminin həlli üçün adanın liderləri ilə yenidən bir araya gələrək zirvə görüşü keçirəcəyini söyləyib. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Kıbrısla bağlı açıqlamalar verən baş katib Şimali Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu və Kıbrıs Rum icmasının lideri Dmitris Xristofyasla Cenevrədə gerçəkləşdirdiyi görüşün əvvəlkilərlə müqayisədə daha məhsuldar keçdiyini vurğulayıb.
Pan Gi Mun tərəflərin Cenevrədə ortaya qoyduğu müsbət yanaşmadan məmnun qaldığını və yaxın zamanlarda yeni bir görüşün keçirilməsinin detalları üzərində işlənildiyini qeyd etdi.
Əroğlu və Xristofyası müzakirələri davam etdirmək məsələsində ürəkləndirdiyini söyləyən baş katib aradakı ziddiyyətlərin öhdəsindən ancaq müzakirələr yolu ilə gəlinə biləcəyini vurğuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB