"Təxribatlar hərbi əməliyyatları alovlandıra bilər" RƏY-ÖZƏL

"Təxribatlar hərbi əməliyyatları alovlandıra bilər" RƏY-ÖZƏL

“Ermənistanın Azərbaycana qarşı iri çaplı silahlardan istifadə etməklə təxribatlara getməsi sonda hərbi əməliyyatların yenidən alovlanmasına səbəb ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, düşmənin bu hərəkətlərinə qarşı Azərbaycan tərəfindən sərt cavab verilməlidir.

Politoloqun fikrincə, ermənilərin son təxribatları cəbhə bölgəsində yaşayan mülki əhaliyə də zərər verə bilər: “Ona görə də bu kimi təxribatlara reaksiya verməyə bilmərik. Hələlik sakitlik hökm sürsə də, düşünürəm ki, bu müvəqqətidir. Çünki real müqavimət görmədikcə, düşmən tərəf daha da quduzlaşır”.

İ.Vəlizadə qeyd edib ki, düşmən tərəfindin iri çaplı silahlardan istifadə etməsinin digər məqsədi Azərbaycanı təxribata çəkməkdir: “Onlar Azərbaycanın verəcəyi sərt cavab nəticəsində öz siyasətlərini qurmaq istəyirlər. İndiyə qədər də belə hallarla rastlaşmışıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə