Serj Sarkisyanla Hillari Klinton Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Serj Sarkisyanla Hillari Klinton Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ dövlət katibi Hillari Klinton arasında görüş keçirilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinin hazırki vəziyyətini ətraflı müzakirə ediblər. Serj Sarkisyan Birləşmiş Ştatlara Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə öz minnətdarlığını bildirib.

 

Öz növbəsində H. Klinton isə Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq Ağ evin iki dövlət arasında münasibətlərin müsbət məcrada inkişafına tərəfdar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə