"Fransa məhkməsindən Qarabağla bağlı ədalətli presedent" ÖZƏL-MÜNASİBƏT
Bu gün Fransa məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Məsələyə münasibət bildirən politoloq Vasif Əfəndiyev SİA-ya açıqlamasında bunları deyib: “Bu qərar Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirilməsində çox əhəmiyyətlidir. Ona görə də Avropada fəaliyyət göstərən bütün diasporumuz fəaliyyətini bu istiqamətə yönəltməlidir. Diaspor rəhbərlərimizin təşkilatçılığı ilə ərazi bütövlüyümüzü təhlükə altına alan bütün qərarların ləğvi üçün aidiyyəti ölkələrin məhkəmələrinə müraciətlər edilməlidir. Bundan ötrü xüsusi tədbirlər planı hazırlanaraq xarici ölkələrdə fəaliyyət göstərən diaspor rəhbərlərinə təqdim edilməlidir”.
Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.
Bəzi eksperlər hesab edir ki, Fransa femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB