Trampla Mey arasında görüş keçirilib

Trampla Mey arasında görüş keçirilib

ABŞ prezidenti Donald Tramp İngiltərə Baş naziri Tereza Mey ilə görüşüb. Bu barədə "Reuters" xəbər verir. SİA "gazeta.ru"ya istinadən xəbər verir ki, Tramp və Mey müzakirə aparmaq üçün görüşüb.

Məlumata əsasən, görüşə Trampın həyat yoldaşı Melanya, qızı Ivanka, milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton və maliyyə naziri Stefan Mnuçin də qatılıb.

Qeyd edək ki,Tramp dünən də II Elizabet ilə görüşüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə