Praqa şəhər məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Çexiyada saxlanılmış qohumu – Narek Sarksyanı ölkəsinə ekstradisiya etmək qərarını çıxarıb. SİA xəbər verir ki. Bu barədə çexlərin Tyden.cz saytı yazıb.
Belə ki, eks-prezidentin qohumunun Ermənistana göndərilməsi ilə bağlı sonuncu qərarın Çexiya respublikasının ədliyyə naziri Mariya Beneşova tərəfindən veriləcəyi bildirilir.
Xatırladılır ki, Narek Sarkisyan ötən ilin dekabrında İnterpol və çex polisi tərəfindən Praqada saxlanılıb. Sənədlərinin yoxlanışı zamanı Narek Sarkisyan Franklin Qonsales ad soyadlı saxta Qvatemala pasportunu təqdim edib. 2018-ci ilin 28 dekabr ayında isə, onun ekstradisiyası üçün sorğu Praqaya göndərilib.
Serj Sarkisyanın qohumu 2018-ci ilin yayından beynəlxalq axtarışa verilib. Belə ki, Narek Sarksyan qanunsuz silah və narkotika dövriyyəsində ittiham edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB