AXCP sədri hansı faktı gizlədə bilmir? TƏRS BAXIŞ

Ötən yaxın müddətdə 130 nəfər cəbhəçi Əli Kərimli siyasətini rədd edib!

AXCP sədri Əli Kərimli partiyası daxilindəki istefaları hər vəchlə gizlətməyə çalışsa da, o bu sirri saxlamaq gücündə deyil. Daha doğrusu, “axecepeçilərin” sədri gah bu, gah da digər saxta motivləri ilə partiyadaxili qalmaqalları ictmai rəydən yayındırmaq üçün müxtəlif süni ajiotajlar yaratmağa çalışır. Ancaq faktdan yayınmaq mümkün deyil. Misal üçün, Ə.Kərimli ötən müddətdə 130 nəfərə qədər AXCP üzvünün istefasını gizlədə bilməyib. Hətta belə demək mümkündürsə, Kərimli və müavinləri sosial şəbəkələrdə guya partiyasının sıralarının artdığını iddia edərək, əslində özlərini ifşa ediblər.

Əbəs deyil ki, AXCP-də istefalar dalğası başlayar-başlamaz Kərimli və funksionerləri dərhal “partiyamızın sıraları artır” tipli statuslarını artırırlar

Məlum olub ki, o baş vermiş istefa məsələsini arxa planda saxlamaq istəyib. Bunu istefa vermiş sabiq cəbhəçilər sosial şəbəkələrdə yazıblar. Onlar qeyd ediblər ki, bir ayda 100-dən artıq AXCP üzvü partiyadan çıxıbsa, bunu partiya sıralarının artması kimi qələmə vermək sadəcə, ağılsızlıqdır. Əbəs deyil ki, AXCP-də istefalar dalğası başlayar-başlamaz Kərimli və funksionerləri dərhal “partiyamızın sıraları artır” tipli statuslarını artırırlar.

O da sirr deyil ki, AXCP-dən qopmaların əsas səbəbləri Ə.Kərimlinin sıravi üzvlərlə yanaşı, fəallara qarşı etinasız yanaşması, onların təklif və tələblərini qulaqardına vurması və s. bu kimi məsələlərdir. Belə olanda AXCP sıralarında qruplaşmalar yaranır və onlar etirazçı, yaxud qiyamçı kimi tanınmağa başlayırlar.

Narazı olan cəbhəçilərin Kərimlini sədrlik postundan devirə bilmək imkanını əldə edəcəklər

Nəticədə Ə.Kərimli ya onların özlərinin istefa ərizələrini imzalayır, ya da özü qiyamçıları partiyadan qovaraq, ona mane olan baryerləri aşırmağa cəhdlər göstərir. Ancaq belə bir halın partiyada uzun müddət davam edəcəyini düşünmək olmaz. Gec, ya da tez onsuz da ondan narazı olan cəbhəçilərin Kərimlini sədrlik postundan devirə bilmək imkanını əldə edəcəklər. Çünki həmin qüvvələr AXCP liderinin uğur qazanacağına olan inamlarını itiriblər və açıq şəkildə bəyan ediblər ki, Ə.Kərimli bilavasitə Elçibəyin Xalq Cəbhəsi ideologiyasına illərdir ki, xəyanət edir. Artıq bu haqda da kifayət qədər məlumatlar sızmaqdadır. Kərimlinin Elçibəyin portreti altında oturub, vaxtilə “liderim” dediyi şəxsə qarşı ifrat xəyanətləri bu gün də AXCP-çilər arasında danışılmaqdadır.

Əli Kərimli trollarının muzdlarını mənimsəyir və kəsir

Daha bir amil isə, Ə.Kərimlinin əldə elədiyi maddi gəlirləri partiyadaşları ilə bölüşməməsi, vəsaitləri yalnız özünə və ailəsinə xərcləməsidir. Hətta AXCP sədrinin sosial şəbəkədəki trollarının son vaxtlar passivləşməsi də belə deməyə zəmin yaradır ki, artıq onlar üçün ayrılmış məbləğlər azalıb, onların vaxtı-vaxtında həftəlik muzdları ödənilmir. Habelə, Kərimli çalışır ki, törətdiyi hər bir qanunsuz əməllərinə görə həbs olunanların sayı çoxalsın və o da bu məsələdən öz siyasi və şəxsi maraqları üçün istifadə edib, daha çox gəlirlər əldə etsin. Hansı ki, biz dəfələrlə onu da qeyd etmişik ki, AXCP sədri partiyasının fəalları həbs olunarkən, yalnız ilk günlər onların həbsləri ətrafında manupulyasiyalar öəldə edir, sonradan isə həbsə düşənlər sadəcə unudulurlar. Bunu ona xatırladanlar isə dərhal “satqın”, “xəyanətkar” adlandırılaraq AXCP sıralarından çıxarılır. Beləliklə, cidanı çuvalda gizlədə blməyən Ə.Kərimli son anda daxildə baş verən qarşıdurma və savaşları ictimai rəydən saxlaya bilmir. Necə deyərlər, fakt hər zaman fakt olaraq qalır və istefa faktları da bu sırada öz yerini tutub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə