"İftira maşınını işə salanlar gərək üzr istəsinlər” ÖZƏL-MÖVQE

"İftira maşınını işə salanlar gərək üzr istəsinlər” ÖZƏL-MÖVQE

“UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi çox möhtəşəm bir hadisə idi. Biz onu lap əvvəldən dövlətimizin himayəsi, siyasəti altında hazırlanan bir idman tədbiri kimi təsəvvür edirdik. Amma çox təəssüflər olsun ki, bizdən asılı olmayan və bəzi bəlli qüvvələrin “qəhrəmanlığı” və “şücaəti” sayəsində final oyunu təkcə idman hadisəsi olmaqla yadda qalmadı, həm də siyasi hadisəyə çevrildi”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, burada dünyanın gözləntiləri iki istiqamətdə idi: “Birincisi yaşıl meydançada kimin qalib gəlməsi idi, digəri Azərbaycan bu yükün altından necə çıxacaq. Deyərdim ki, meydançada oynayanlardan daha böyük əzəməti, gücü, bacarığı və daha böyük talantı məhz Azərbaycan dövləti nümayiş etdirdi. Bəzi qüvvələrin pis istiqamətdə apardıqları hazırlıqlara baxmayaraq, 100 minlərlə insanların küçələrdə olduğu bir şəraitdə hər hansı bir fövqəladə hadisə olmadan biz bu idman yarışını özünün əsl bir idman gözəlliyi ilə başa çatdırdıq və dünyaya nümayiş etdirə bildik. Məncə dünya Azərbaycanın nəyə qadir olduğunu bir daha gördü. Təbii ki, Azərbaycan da özünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdi. Açığı mən gözləyirəm ki, oyundan öncə iftira, böhtan maşınını işə salanlar Azərbaycan dövlətindən, xalqından dedikləri o sözlərə, qurmaq istədikləri o ssenarilərə görə gərək üzr istəsinlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə