Bu gün Münhen təhlükəsizlik konfransı öz işinə başlayır. SİA-nın xəbərinə görə, 47-ci dəfə keçirilən konfrans Almaniyanın Bavariya şəhərinə baş tutacaq. Almaniyanın Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşingerdirin rəhbəriliyi ilə keçirilən konfransda Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-nin baş katibi Pan Gi Mun, NATO-nun baş katibi Anders Foq Rasmussen, Əfqanıstan prezidenti Həmid Kərzay, eləcə də digər dövlət və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edəcək.
Təhlükəsizlik konfransında Avropa təhlükəsizliyi strategiyası, Rusiya və NATO arasında qarşılıqlı əməkdaşlıq, Misirdəki daxili siyasi vəziyyət müzakirə mövzusu olacaq.
Bu il Münhen təhlükəsizlik konfransında Azərbaycanı isə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Qeyd edək ki, hazırda Münhen təhlükəsizlik konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, iş adamları, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB