"Futbol festivalı qarşılaşma saatına qədər davam edəcək" Sporx.com - FOTOLAR

"Futbol festivalı qarşılaşma saatına qədər davam edəcək" Sporx.com - FOTOLAR

Bakıda UEFA Avropa Liqasının finalı öncəsində xarici mətbuatın marağı durmadan artır. SİA xəbər verir ki, sporx.com bu barədə fotomateriallar paylaşıb və qeyd edib ki, ingilis klubları “Arsenal” və “Çelsi” arasında bu gün keçiriləcək final qarşılaşması öncəsində təşkil edilmiş tərəfdarlar festivalında hərəkətlilik, coşqu və rəngarənglik anları yaşanır.

“Xəzər dənizi sahilindəki Milli Parkda təşkil edilən festival həm bakılıların, həm də finalı izləmək üçün gələn xarici vətəndaşların axınına səbəb olmaqdadır” yazan sayt, qeyd edir ki çeşidli musiqi və rəqs nümayişlərinin və futbolla bağlı əyləncəli yarışmaların təşkil edildiyi bir ortamda əsas maraq məhz UEFA-nın Avropa Liqası finalında qalib komandaya təqdim olunacaq kubokdur. Əyləncələrə qatılanlar həmin kubokla şəkil çəkdirmək üçün uzun növbələrə düzülüblər: “Arsenal” və “Çelsi” klublarının stendləri də yerli və xarici insanların marağına səbəb olub. O cümlədən, tərəfdar komandalarının yarışmalarında uğur qazananlara müxtəlif hədiyyələr verilir. Balaca tərəfdarlar haqqında da düşünülən festivalda uşaqlar futbolla bağlı oyunlar oynayır, penalti zərbələri vurur, eləcə də onlara aid digər məkanlarda doyunca əylənirlər. Hər kəsin pulsuz qatıldığı futbol festivalı qarşılaşma saatına qədər davam edəcək”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə