Tehran 5+1 ölkələri ilə nüvə müzakirələri üçün qapılarının açıq olduğunu bildirib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst həftəlik mətbuat konfransında nüvə enerjisi fəaliyyətlərinin dinc məqsədli olduğunu təkrarlayıb. Mehmanpərəst əməkdaşlıq və müzakirə tərəfdarı olduqlarını deyib. Sözçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Almaniyadan ibarət 5+1 ölkələri ilə müzakirələrin müsbət və faydalı olacağına inamını ifadə edib.
İranın müzakirələr üçün qapılarını hər zaman açıq saxladığını söyləyən Mehmanpərəst "Qarşı tərəf də buna hazır olarsa, müzakirələrə başlaya bilərik" deyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB