Respublikanın şimal-qərb bölgəsində yanvarın son günü gecə saatlarından başlayan yağış sonradan qara çevrilib. Hazırda yağıntının sürəti daha da intensivləşib. Uzun müddət havaların quraqlıq keçməsi daha çox kənd təssərrüfatı ilə məşğul olanlara ziyan verirdi. Bu baxımdan yağan qarın daha çox fermerlərə xeyir gətirəcəyi şübhəsizdir. 20 hektar taxıl əkən və havaların quraq keçməsindən daha çox narahat olan fermer Şirin Əliyev: "Bilirsinizmi havaların quraq keçməsi ziyanvericilərin daha aktiv olmasına şərait yaratmışdı. Əgər bu ay da belə getsəydi taxıldan əlimizi üzəcəkdik. Yağıntı və yerın donması məhsuldarlığa xeyli təkan verəcək", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə