Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib
YAP Ağdam rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, xatirəsini yad edilib. Daha sonra tədbir Ağdam rayon Quzanlı qəsəbəsi Mədəniyyət Evində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev məruzə ilə çıxış edərək, bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər, həm də özündən sonrakı dövr üçün böyük işlər görmüşdür. A.Əliyev öz çıxışında qeyd edib ki, bu gün qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96 illiyini böyük təntənə ilə qeyd edir.
Tədbirdə məruzə ətrafında çıxış edən Qədulla Səfərov, Mətanət Misirxanova, Elnur Əhmədov və Məhəmməd Hüseynov bildiriblər ki, millətin mənəvi dəyərlərinin daimi yaşaması, qorunması, unudulmaması yolunda fədakarcasına çalışmaq, çox çətin olsa da, Ulu Öndər bütün fəaliyyəti boyu bu missiyanı şərəflə yerinə yetirib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırıb.
Tədbirdə Ağdam rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov çıxış edərək, bildirib ki, 1990-ci illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdi. İnsanlar arasında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyətdə heç kim nə etmək lazım olduğunu bilmirdi. Bununla belə, ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Onlar yaxşı dərk edirdilər ki, Azərbaycanı daha ağır bəlalar gözləyir. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın tanınmış Lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Ulu Öndərimiz Heydər Əliyevin bu müraciəti qəbul edərək, yanidən hakimiyyətə qayıtması nəticəsində, xalqımız bu bəlalardan xilas oldu.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir konsert proqramı ilə davam etdirilirdi.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB