Paşinyan inqlabın qiymətini açıqladı

Paşinyan inqlabın qiymətini açıqladı

“Ermənistanın 2018-ci il inqilabı "pragmatizm üzərində romantizmin zəfəri" idi”. SİA xəbər verir ki, bu sözləri RBK televiziyasına müsahibəsində baş nazir Nikol Paşinyan deyib.

Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumatda da erməni baş nazirin müsahibəsindən bəhs olunur və jurnalistin, hərhansı inqilabı kimlərsə maliyyələşdirir iradına cavab olaraq, bu inqilab üçün pullar xərclənildiyi barədə Paşinyanın etirafı da qeyd olunur.

“Biz öz inqilabımıza təqribən 200 min dollar xərcləmişik. Bəs bu pullar hardan olmuşdu? Bu pulları biz insanlardan istəmişdik. Bizim elektron cüzdanımız var idi və bütün ölkələrdən olan ermənilər, daha çox isə Rusiyadan olanlar bizə pullar bağışlayırdılar. Biz isə bu pulları xərcləyirdik və inqilabı prosesdə hər həftə nə qədər pul xərclənildiyi barədə bildirilirdi”,-deyə Paşinyan aydınlıq gətirməyə çalışıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə