Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi təsdiqlənib. SİA-nın məlumatına görə, əlavə və dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, dəyişikliklər texniki xarakter daşıyır və Məcəllə Konstitusiyaya uyğunlaşdırılır: "Əlavə və dəyişikliklər Konstitusiyaya edilmiş əlavələrdən irəli gəlir. Əlavələrin mahiyyəti Milli Məclis və prezident seçkilərinin müddətinin müstəsna hallarda uzadılmasına imkan verir. Seçki Məcəlləsinə "müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinə müraciət edir" ifadəsi əlavə olunub".
Sonda layihə səsə qoyularaq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə