"Hər bir Azərbaycan vətəndaşı bunu hiss etməyə başlayıb” ÖZƏL-MÜNASİBƏT
“Bu gün cənab Prezident İlham Əliyevin sosial islahatlar paketi ilə bağlı apardığı reallıqları təkcə biz deyil, Azərbaycanda olan hər bir vətəndaş artıq görür. Əslində ölkə başçısının 2018-ci il 11 aprel prezident seçkilərindən sonra söyləmiş olduğu ilk sözlərdə belə sağlam düşünən hər bir Azərbaycan vətəndaşı bunu hiss etməyə başlamışdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün səhiyyə büdcəsinin 40 faizə yaxın artımı bizə 2019 və sonrakı illərin sosialyönümlü islahatların, reformların başlanğıc ili olduğunu hiss etdirib: “Artıq hər bir Azərbaycan vətəndaşı 2019-cu ilin ilk aylarından etibarən ardıcıl gələn qərarları və verilən sərəncamları öz üzərində hiss etdi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə də Azərbaycan Prezidenti İlham Əliyevin vermiş olduğu mesajlardan da onu gördük ki, Azərbaycan dövləti, hökuməti, eləcə də ölkə başçısı bundan sonrakı dönəmdə də bu islahatları, dövlətimizin daha güclü, sağlam özüllər üzərində qurulması üçün işləri davam etdirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB