Qüdrət Həsənquliyev: “Tez-tez amnistiya və əfvlərin olması ölkədə cinayətkarlıqla mübarizə tədbirlərinə mənfi təsir göstərir”

Qüdrət Həsənquliyev: “Tez-tez amnistiya və əfvlərin olması ölkədə cinayətkarlıqla mübarizə tədbirlərinə mənfi təsir göstərir”
"Azərbaycanın işğal olunmuş əraziləri haqqında" qanunun qəbul edilməsinə ehtiyac var". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, məlumatlar var ki, hətta Azərbaycan torpaqlarının işğalında iştirak etmiş şəxslərin payçısı olduğu şirkətlər Azərbaycanda müxtəlif layihələrdə iştirak edir: "Yaxud kimsə gedib ermənilərlə kontrakt bağlayır, sonra da Azərbaycanda iş görməyə gəlir. Bu qanunu qəbul edib belə məsələlərə ərazilərimiz azad olunana qədər qadağa qoymalıyıq".
Daha sonra millət vəkili amnistiya qanununa da toxunub. O bildirib ki, amnistiya 5 ildən bir olmalıdır. Onun sözlərinə görə, tez-tez amnistiya və əfvlərin olması ölkədə cinayətkarlıqla mübarizə tədbirlərinə mənfi təsir göstərir: "Hüquq-mühafizə orqanları tutur, biz buraxırıq. Bir soruşaq görək, cinayət törədənlərin neçə faizi əvvəllər həbsdə olanlardır? 80-85 faizi".

Bütün xəbərlər Facebook səhifəmizdə