Ziyafət Əsgərov: “Axı, nə vaxta qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaqlar?”
"Avropanın və Asiyanın heç bir hüquqi sənədində və Cinayət Məcəlləsində siyasi məhbus anlayışı yoxdur. Əgər varsa, niyə Avropa Şurası hər hansı bir sənədinə və ya konvensiyasına bunu salmır?" SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda aparılan araşdırmalar zamanı məlum olur ki, bu məsələni beynəlxalq təşkilatların sənədlərinə qəsdən salmırlar. Onun sözlərinə görə, onlar bu vasitə ilə başqa ölkələrin daxili işlərinə qarışmaq istəyirlər: "Bu qədər insanın daxili işinə qarışmaq olmaz. Biz bilirik ki, bizdə siyasi məhbus yoxdur, konkret əmələ görə, cinayətə cəlb olunan şəxslər var. Biz deyirik yoxdur, siz deyirsiniz var. Ortada bir hakim olmalıdır".
Z. Əsgərov Avropa Şurasında Yaxın Şərqdə xristianların öldürülməsinə dair müzakirələri də tənqid edib: "Azərbaycanda bir milyon müsəlman ev-eşiyindən didərgin düşüb. Ay Avropa, niyə bu məsələni qaldırmırsınız? Bu, mağara mədəniyyətidir. Yaxın Şərqdə qırılan insandır, Əfqanıstanda qırılan insan deyil? Nə qədər gizlətmək olar? Axı nə qədər bəzi səfirliklər burada agentura rolunu oynayacaq?"
Daha sonra çıxış edən millət vəkili İqbal Ağazadə bildirib ki, Misir xalqının qarşı çıxdığı, diktator Hüsnü Mübarəkin Bakıda heykəli var. Onun sözlərinə görə, buna rəğmən uzun illərdir, yer ayrılmasına baxmayaraq hələ də Bakıda Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılmayıb.
Deputat Tarif Şurasının ötən gün bəzi xidmətlər üzrə tarifləri artırmasının düzgün addım olmadığını və bunun ölkədə əhalinin sosial vəziyyətini daha da pisləşdirəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB