Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirib
Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan təşkilat sədri Vüqar Qədirov çıxışında ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrlə bərabər gənclər siyasətinə xüsusi diqqət və həssaslıqla yanaşdığını qeyd edib. Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılmasını, ilk dəfə olaraq 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin 1- ci Forumunun keçirilməsi və 2 fevralın Azərbaycanda Gənclər günü kimi qeyd olunması haqqında sərəncamlarının Azərbaycan gənclərinə diqqət və qayğının ən bariz nümunəsi olduğunu söyləyən V.Qədirov bildirib ki, prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
V.Qədirov Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirməsi nəticəsində Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu və bu baxımdan Azərbaycan gəncliyinin daim müharibəyə hazır olduğunu vurğulayıb. Ermənistanla informasiya müharibəsində gənclərin üzərinə böyük yük düşdüyünü deyən təşkilat sədri bildirib ki, Azərbaycan gəncliyi əmin addımlarla inkişaf edir. V.Qədirov son vaxtlar özünü şiə-islam dövləti hesab edən İranın Azərbaycanın daxili işlərinə müdaxilə etdiyini, Azərbaycanın nə zaman öz torpaqlarını işğaldan azad edəcəyini bəyan etdiyi zaman Ermənistan qədər narahat olduğunu, işğalçı dövlətə bütün sahələrdə dəstək verdiyini, islam əxlaqına, şiə mənsəbinə layiq olmayan bir addım olduğunu qeyd edib.
Tədbirdə daha sonra Təkamül və İnteqrasiya İctimai Birliyin sədri Arzu Möhsümova , III Sektor Gənclər Mərkəzinin sədri Səmayə Quliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı və digərləri çıxış edib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın hər bir gənci ölkənin ərazi bütövlüyünün qorunması, inkişafı və yeni-yeni uğurların əldə olunmasında əlindən gələni etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB