Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB