Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

Bu gün, 7 may tarixində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA xəbər verir ki, komitənin iclasının gündəliyinə 8 məsələ daxil edilib.

Deputatlar “Texniki təchizat haqqında” qanun layihəsini ikinci oxunuşda, “Standartlaşma haqqında” qanun layihəsini, üçüncü oxunuşda qəbul ediblər.

“Hesablama Palatası haqıqnda”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Təhsil haqında” qanuna dəyişikliklər müzakirə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə