"Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan üçün mayakdır"

"Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan üçün mayakdır"
"Multikultural təhlükəsizlik mədəni dəyərlərin təmin olunması, qorunması deməkdir. Əks halda etnik dini qarşıdurmalara yol aça bilər". SİA-nın xəbərinə görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində " Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxış edərkən deyib. Onun sözlərinə görə, son dövrlərdə dünya ölkələrində ksenafobiya, münaqişə, iğtişaşlar artmaqdadır: "Azərbaycanda cəmiyyət daxilində bütün konfessiyalara dövlət tərəfindən münasibət bərabər yönəlib. Azərbaycanda belə bir mühitin olması ölkə başçısı, dövlətin konfessiyaların arasında fərq qoymamasıdır. Multikultural təhlükəsizliyin ən vacib məsələlərdən biri də məhz bundan doğur". Azərbaycanda dövlətin ölkədə olan milli müxtəlifliyə münasibətinin eyni olduğunu deyən Himayəçilər Şurasının sədri bildirib ki, bu gün ölkəmizdə rus, gürcü, kürd, alman və digərləri Azərbaycanı ortaq vətənə çevirə biliblər: "Bor kənd qədər sakini olan xınalıqlar da Azərbaycana məxsusdur. Ulu öndər Heydər Əliyev deyirdi dövlət nə qədər xalqı birləşdirə bilirsə, bir o qədər zəngin olur və sivilizasiyaya töhfə verir. Azərbaycanda hər kəs öz ana dilində danışa, yaza bilər. Konstitusiyamızın 44-cü maddəsində bildirib ki, hər kəsin milli mənsubiyyətini qorumaq hüququ vardır". K.Abdulla qeyd edib ki, Azərbaycanda bütün milli azlıqlar özlərini yad hiss etmirlər: "Bu siyasi xətt Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Azərbaycan multikulturalizmi ilə bağlı uzun uzadı danışmaq olar. Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan insanlar üçün belə mayak kimi işıq saçır".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə