İlham Quliyev: “Müxalifət icazəsiz aksiyalarla islahatlara mane olmağa çalışır” RƏY-ÖZƏL

İlham Quliyev: “Müxalifət icazəsiz aksiyalarla islahatlara mane olmağa çalışır” RƏY-ÖZƏL

“Azərbaycan hüquqi dövlətdir. Burda bütün siyasi təşkilatların, ayrı-ayrı vətəndaşların fəaliyyəti qanunlarla tənzimlənir”. Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə də kütləvi aksiyaların keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalıdır: “Azərbaycanda kütləvi toplaşma azadlığı təmin olunur. Zaman-zaman şəhərin müxtəlif yerlərində müxalifətin mitinqləri üçün razılıqlar verilir və bu kütləvi aksiyaları keçirirlər. Amma bəzən təhlükəsizliklə, digər məsələlərlə bağlı problemlər olanda şəhər icra hakimiyyəti aksiyaların keçirməsinə icazə vermir. Təbii ki, ölkə ərazisində fəaliyyət göstərən ictimai təşkilatlar siyasi partiyalarda bu qanunlara əməl etməlidir. Əgər müvafiq icra hakimiyyəti aksiyanın keçirilməsinə icazə verməyibsə, növbəti müddət üçün müraciət olunmalıdır və müsbət cavab alınana qədər gözlənilməlidir. Belə görünür ki, “Milli Şura” qarşıdurmalarda maraqlıdır, onlar bu yolla divident qazanmağa və gündəmə gəlməyə çalışırlar. Biz bilirik ki, ümumiyyətlə, müxalifətin keçirdiyi bu aksiyalara çox insan gəlmir. Yəni müxalifət tərəfindən keçirilən aksiyalar kütləvi alınmır. Məlum bir kontingent var ki, onların özlərinin elektoratı var. Bu mitinqlərlə bağlı adətən həmin şəxslərin iştirakı ilə keçirilir. Bir necə dəfə də müxalifət təmsilçiləri icazəsiz aksiyalar keçirməyi cəhd ediblər, amma heç nəyə nail ola bilməyiblər. Belə bir sual ortaya çıxır ki, son vaxtlar ölkədə sürətli islahatlar aparıldığı, vətəndaşların mənafeyinə xidmət edən sosial islahatlar paketinin həyata keçirildiyi bir şəraitdə birdən-birə mitinqin keçirilməsi hansı zərurətdən doğub? Belə çıxır ki, bu qrup bu islahatların gedişindən narazıdır? Çox ritorik sualdır. Müxalifətin mitinq keçirmək planları ətrafında baş verənlərin həm də bu prizmadan yanaşmaq lazımdır. Belə görünür ki, bu qrup aparılan islahatların tormuzlanmasında maraqlıdır, ölkənin inkişafında maraqlı deyil və bu aksiyaları keçirməklə buna mane olmağa çalışır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə