Ermənistanın “İrates” qəzeti yazır ki, hakimiyyət qanadlarında ciddi mübarizəyə başlanılıb. SİA adıçəkilən erməni qəzetinə istinadən xəbər verdiyinə görə, hələ ki, hakimiyyətin “nikol-vatentsyan” qanadı ona doğru can atırdılar ki, parlament və parlamentdənkənar müxalifət qüvvələri haki miyyətin “sorosçu” qanada qarşı mübarizə aparsınlar. Lakin müxalifət tərəfi ağıllı tərpənərək, geriyə çəkildi və hakimiyyətdaxili didişməni elə hakimiyyətin özünə buraxdı.
“Buna baxmayaraq, David Sanasaryanın de-fakto istefasından sonra, növbəti dəfə şayiələr yaranmağa başladı ki, yaxın vaxtlarda hakimiyyətin “sorosçu” qanadın bariz nümayəndəsi, Təhlükəsizlik şurasının sədri Armen Qriqoryan öz vəzifəsini tərk edəcək. “Nikol Paşinyan bənzər qurbanlar verməklə Rusiyanın və Putinin qəlbini ələ almağa cəhd göstərir”, yazan “İrates” əlavə edib ki, artıq bugünlərdə “sorosçu” qanadın təmsilçiləri iqtidardan qopma ətrafında məsələləri müzakirə edirlər.
“Onlar bu vasitə ilə yeni siyasi birlik yaratmaq fikrindədirlər”, hakimiyyət yaxın mənbə erməni nəşrinə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB