Fransanın hüquq mühafizə orqanları Parisdə may nümayişi başlamamışdan öncə 88 nəfərin nəzarətə alındığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 35 nəfərin saxlandığı açıqlanmaşdı.
Fransız mətbuatı hüquq-mühafizə orqanlarına istinadən may nümayişində 2 minədək radikal xuliqanın iştirak edəcəyini yazır.
Ölkənin Daxili işlər naziri Kristof Kastner açıqlamasında bildirib ki, Fransanın paytaxtına asayişi qorumaq üçün 7.4 min polis və jandarma cəlb olunub.
Xatırladaq ki, ötən həftə Fransa prezidenti Emmanuel Makron “sarı gödəkçəli”lərin etirazları ilə bağlı mətbuat konfransı keçirmişdi. Fransa lideri, işləyən vətəndaşlar üçün vergi tutulmaları, eləcə də 2020-ci ildən etibarən pensiyaların indeksləşdirilməsi və digər məsələlərlə əlaqədar bir sıra tədbirlərin həyata keçirildiyini açıqlamışdı. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mayor da açıqlayıb ki, Prezident tərəfindən açıqlanan tədbirlərin həyata keçirilməsinə 17 milyard avro lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB