Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Düşmən bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri yanvarın 28-də saat 10.25-dən 10.30-dək, 14.10-dan 14.35-dək və 17.20-dən 17.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.05-dən 14.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 29-da saat 00.15-dən 00.20-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə