"Hər danışdıqca özlərini biabır edirlər" ÖZƏL-ŞƏRH

"Hər danışdıqca özlərini biabır edirlər" ÖZƏL-ŞƏRH

“5-10 nəfər uğursuz adam yığışaraq guya "Azərbaycan Xalq Hərəkatı" adında nə isə yaradıblar. Bir qədər öncə bu qaragüruhun keçirdikləri toplantının video görüntüləri yayılmışdı. Bunların bir-birini təhqir etmələrini əks etdirən epizodları elə özləri yaşlarından utanmadan, yerə girmədən youtube portalında paylaşmışdılar”. Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bundan sonra Nemət Pənahlının İsgəndər Həmidovu təhqir etməsinin səs yazısı yayılıb: “Təbii ki, bütün baş verənlər həm Nemət Pənahlının, həm də İsgəndər Həmidovun səviyyəsinə, əxlaq və tərbiyyəsinə uyğundur. Bunların hər ikisinə Allah yaşlarına uyğun ağıl verməməklə onları təkrar-təkrar cəzalandırmaqdadır. Bu ağılla ahıl yaşında ikisi də hər danışdıqca özlərini biabır etməkdədirlər. Sözümün canı bu deyil. Jurnalistlərdən biri məlum söyüş səs yazısına görə Nemətdən baş verənlərə münasibətini soruşub. Meydan "qəhrəmanı" Pənahlının cavabından: - "İsgəndər Həmidovla millət xatirinə bir araya gəlmişik, dost-qardaş münasibətlərinə görə yox. Onun da, mənim də kifayət qədər tərəfdarımız var". Əcəba, kimdir iki eşşəyin arpasını bölməyi həvalə etmək mümkün olmayan bu dələduzların tərəfdarları? Millət xatirinə, bilən varsa desin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə