Erməni Milli Konqresinin milli əlaqələndiricisi: “Alt Komitəsinin fəaliyyəti yeni əlverişsiz qərarların qəbuluna səbəb ola bilər”
"Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağla bağlı Alt Komitəsinin fəaliyyəti yeni əlverişsiz qərarların qəbuluna səbəb ola bilər". SİA-nın "news.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Erməni Milli Konqresinin (EMK) milli əlaqələndiricisi Levon Zurabyan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Alt Komitənin fəaliyyəti ATƏT-in Minsk Qrupu formatında aparılan müzakirələri başqa istiqamətə apara bilər.
L.Zurabyan 1998-ci ilə qədər Levon Ter-Petrosyan iqtidarının Dağlıq Qarabağ probleminin ATƏT-dən başqa hər hansı bir formatda müzakirə edilməsinə uğurla maneə olduğunu xatırladıb. EMK-in milli əlaqələndiricisi 1998-ci ildən sonra Ermənistan üçün əlverişsiz qərarların qəbul edilməsinə başlanıldığını və sözügedən Alt Komitənin qurulduğunu söyləyib. L.Zurabyana görə, Alt Komitənin yenidən fəaliyyətə başlaması Serj Sarkisyanın apardığı uğursuz siyasətin nəticəsidir.
Heç də təsadüfi deyil ki, AŞPA-dakı erməni nümayəndə heyəti də Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə qarşı çıxıb. AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Zrui Postandjyan bildirib ki, erməni tərəfi bu qərara qarşı etiraz edəcək. Qeyd edək ki, AŞPA-nın qış sessiyası çərçivəsində qurumun bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyəti yenidən bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB