Erməni Milli Konqresi 18 fevral tarixində mitinq keçirməyi planlaşdırır. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda konqresin milli koordinatoru Levon Zurabyan jurnalistlərə açıqlamasında deyib.
2008-ci il 18 fevral tarixində keçirilən prezident seçkilərinin 3-cü ildönümünə həsr olunan mitinqin İrəvan Azadlıq Meydanında reallaşdırılması nəzərdə tutulub. L.Zurabyan bildirib ki, mitinqdə ötən 3 il ərzində iqtidarın qanunsuz əməlləri və özbaşınalıqları müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB